"YAŞAT" şəhid ailəsinə dəstək göstərib | VİDEO

"YAŞAT" şəhid ailəsinə dəstək göstərib |    VİDEO
  27 Yanvar 2026    Oxunub:863
"YAŞAT" Fondu fəaliyyət istiqamətləri çərçivəsində Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Cahangir Qüdrət oğlunun ailə üzvləri üçün dəstək tədbirləri reallaşdırır.
AzVision.az bildirir ki, Cahangir Hüseynov 1994-cü ilin may ayında Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Fond tərəfindən şəhidin həyat yoldaşı Sabirə Hüseynova Ələkbər qızına tibb istiqaməti üzrə dəstək təmin edilir.

"YAŞAT" Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar ( https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

AzVision.az


Teqlər: YAŞAT  



Xəbər lenti